Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib

Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib
# 27 sentyabr 2008 10:45 (UTC +04:00)
Bakı-APA. Ağdam rayonunun Dördyol-1 qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, qəsəbə sakini Telman Məmmədov münaqişə zəminində həmyerliləri İlyas Cəfərova və onun oğlu Xəyala bıçaqla xəsarət yetirib. Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T. Məmmədov tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR