Azərbaycanda rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən qadın həbs edilib

Azərbaycanda rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən qadın həbs edilib
# 27 sentyabr 2008 12:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək barəsində axtarış elan olunmuş qadın həbs edilib. Nəsimi Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, 1964-cü il təvəllüdlü Məlahət Aslan qızı Muxtarova uzun müddət axtarışda olub. RPİ-nin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində M. Muxtarova paytaxtda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR