9 il əvvəl itkin düşən Zaqatala sakini tapılıb

9 il əvvəl itkin düşən Zaqatala sakini tapılıb
# 02 oktyabr 2008 16:33 (UTC +04:00)
Zaqatala-Vüqar Heydərov-APA. 1999-cu ildə itkin düşən və axtarışda olan Zaqatala rayon sakini tapılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində rayonun Çökək kənd sakini 1970-ci il təvəllüdlü Abdullayeva Minayə Ramazan qızı tapılaraq ailəsinə təhvil verilib. M. Abdullayeva polisə verdiyi ifadəsində 9 il ərzində Bakı şəhərində yaşadığını, kafedə və şəxsi evlərdə çalışdığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR