Bakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin daha üç üzvü tutulub

Bakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin daha üç üzvü tutulub
# 13 oktyabr 2008 08:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin daha üç üzvü həbs olunub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Sumqayıt şəhər Polis İdarəsi və Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zığ-Aeroport yolundan kabel oğurlamaqda təqsirli bilinən mütəşəkkil dəstənin daha 3 üzvü, Masallı rayon sakini, 1974-cü il təvəllüdlü Qiyas Məmmədov, Bakı şəhər sakinləri, 1970-ci il təvəllüdlü Füruz Baloğlanov və 1979-cu il təvəllüdlü Həsrət Yusifov saxlanılıb.
Qeyd edək ki, Bakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin bir qrup üzvü xeyli əvvəl zərərsizləşdirilib. Dəstənin axtarışda olan üzvlərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR