Azərbaycan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu prezident seçkilərinin demokratik keçdiyini bəyan edib

Azərbaycan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu prezident seçkilərinin demokratik keçdiyini bəyan edib
# 16 oktyabr 2008 11:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə dair bəyanatla çıxış edib. APA-nın məlumatına görə, işçi qrupun Amerika nümayəndə heyətinin rəhbəri Mark Vieth bu gün keçirdiyi mətbuat konfransında Bakı, Sumqayıt, Gəncə, Göyçay, Quba, Cəlilabad, Şəmkir, Yevlax və Xırdalan şəhərlərində 87 seçki məntəqəsi üzrə səsvermə prosesini izlədiklərini bildirib. O, qrupun apardığı müşahidələr nəticəsində Azərbaycanda keçirilən prezident seçkilərinin azad, ədalətli, demokratik və şəffaf şəraitdə keçirildiyini bəyan edib. Prezident seçkilərini Azərbaycanın ən böyük nailiyyəti hesab edən Mark Vieth bu prosesi ölkənin ictimai və siyasi həyatında irəliyə doğru atılmış bir addım kimi qiymətləndirib. O, həmçinin Azərbaycan hakimiyyəti və cəmiyyətinin bu fürsətdən yararlanaraq ölkədə demokratik institutların inkişaf etdirilməsi üçün səylərin daha da artırılacağına ümid etdiyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR