Moskvada yerli sakinlərlə qafqazlılar arasında kütləvi davanın qarşısı alınıb

Moskvada yerli sakinlərlə qafqazlılar arasında kütləvi davanın qarşısı alınıb
# 20 oktyabr 2008 09:28 (UTC +04:00)
Moskva-APA. Moskva hüquq-mühafizə orqanları şəhərin şimal-şərqində yerli sakinlərlə qafqazlılar arasında kütləvi toqquşmanın qarşısını alıblar. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, yerli sakinlər milis idarəsinə zəng vuraraq “Orion” kinoteatrının yaxınlığında 100-dən artıq qafqazlının iştirakı ilə dava olduğunu bildiriblər. Hadisə yerinə gələn milislər tərəfləri sakitləşdirməyə müvəffəq olublar. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin məlumata görə, davanın iştirakçıları yaxınlıqdakı bazarda ticarətlə məşğul olan moskvalılarla qafqazlılardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR