Beyin iflici keçirən Milli Məclisin deputatı Vidadi Məmmədov reanimasiyadan palataya köçürülüb

Beyin iflici keçirən Milli Məclisin deputatı Vidadi Məmmədov reanimasiyadan palataya köçürülüb
# 23 oktyabr 2008 09:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 15-də beyin insultu diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Azərbaycan Milli Məclisinin deputatı Vidadi Məmmədov palataya köçürülüb. Bu barədə APA-ya Mərkəzi Neftçilər Xəstəxanasının nevrologiya şöbəsinin müdiri Hikmət Qarayev məlumat verib. Onun sözlərinə görə, artıq özünü yaxşı hiss edən deputat müəyyən fiziki hərəkətlər də edir. Həkim Vidadi Məmmədovun 10-15 gündən sonra evə buraxılacağını bildirib. Qeyd edək ki, Milli Məclisin deputatı Vidadi Məmmədovun beyninin sağ tərəfi iflic olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR