Kürdəmirdə baş verən yol qəzası ölümlə nəticələnib

Kürdəmirdə baş verən yol qəzası ölümlə nəticələnib
# 27 oktyabr 2008 08:38 (UTC +04:00)
Kürdəmir. Zahid Abışov-APA. Dünən günorta saatlarında İpək yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. Kürdəmir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakıdan gələn “Ford” markalı avtomobillə əks istiqamətə hərəkət edən “VAZ-2109” markalı və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində yeddi nəfər xəsarət alıb. Yaralılardan biri Ucar rayonunun Lək kənd sakini Qələmnaz Gülmalıyeva Bakıdakı xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR