20 yaşlı gənc yol qəzasında ölüb

20 yaşlı gənc yol qəzasında ölüb
# 29 oktyabr 2008 09:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda baş verən yol-nəqliyyat hadisəsində 20 yaşlı gənc dünyasını dəyişib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Qaraçuxur qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Qulam Füzuli oğlu Qarayev idarə etdiyi “Şaulin” markalı, 90 JE 364 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada, 1988-ci il təvəllüdlü Mehman Elxan oğlu Ağaverdiyevi vurub. Nəticədə M. Ağaverdiyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR