Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib

Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib
# 29 oktyabr 2008 17:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir sıra polis şöbələrinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis sahə inspektoru, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələri üzrə vakant yerlər müsabiqəyə çıxarılıb. Müsabiqə test imtahanları və müsahibədən ibarətdir. Test imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Test imtahanlarından müvəffəqiyyət qazanan namizədlər isə müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR