Bakı-Sumqayıt yolunda naməlum kişi meyiti tapılıb

Bakı-Sumqayıt yolunda naməlum kişi meyiti tapılıb
# 05 noyabr 2008 07:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı-Sumqayıt yolunda naməlum kişi meyiti tapılıb. Bu barədə APA-ya Binəqədi Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, ötən gecə, Bakı-Sumqayıt yolunun kənarında, “Xırdalan” dairəsi ərazisində aşkarlanan 40-45 yaşlarında naməlum kişi meyitinə ilkin baxış keçirilən zaman onun üzərində zorakılıq halları aşkar edilməyib. Meyit müayinədən keçirilmək üçün tibbi ekspertizaya göndərilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR