Metroda soyğunçuluq hadisəsi olub

Metroda soyğunçuluq hadisəsi olub
# 05 noyabr 2008 08:02 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı Metropoliteninin 20 Yanvar stansiyasında soyğunçuluq hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, hadisə ötən axşam qeydə alınıb. Bildirilib ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1978-ci il təvəllüdlü Həsən Səfərov zor tətbiq etməklə 1985-ci il təvəllüdlü Fərhad Məmmədovun mobil telefonunu və pulunu alaraq hadisə yerindən qaçıb. BŞBPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində H. Səfərov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR