Gürcüstan vətəndaşı Bakıda dəm qazından boğularaq ölüb

Gürcüstan vətəndaşı Bakıda dəm qazından boğularaq ölüb
# 06 noyabr 2008 08:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Gürcüstan vətəndaşı Bakıda dəm qazından boğularaq ölüb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə baş verib. Qohumlarının evində qonaq qalan, 1987-ci il təvəllüdlü Elçin Əmirxan oğlu Hüseynov hamamda çimərkən dəm qazından boğulub. Valideynləri onun meyitini hadisə baş verəndən xeyli müddət sonra aşkarlayıblar. Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR