Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib
# 06 noyabr 2008 10:32 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 03.00 radələrində Sumqayıt şəhərində, şəhər sakini Şövqü Səmədov "Opel" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış həmyerlisi Bəhram Hüseynova məxsus "QAZ-3308" markalı avtomaşına vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Ş. Səmədov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR