Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 07 noyabr 2008 07:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı şəhərində “KamAz” piyadanı vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Z. Bünyadov prospekti ilə İ. Qayıbov küçələrinin kəsişməsində baş verib. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Hihad Asim oğlu Qasımov idarə etdiyi “KamAz” markalı, 10 VT 426 dövlət nömrə nişanlı yük maşını ilə yolu keçmək istəyən piyada, əslən rus milliyətindən olan, 1960-cı il təvəllüdlü İonova Svetlana Viktorovnanı vurub. S. İonova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR