Moskvada 1-i azərbaycanlı olmaqla, 11 nəfərə “qanuni oğru” adı verilib

Moskvada 1-i azərbaycanlı olmaqla, 11 nəfərə “qanuni oğru” adı verilib
# 11 noyabr 2008 14:41 (UTC +04:00)
APA-nın “Praym-Kraym” agentliyinə istinadən yaydığı məlumata görə, “sxodka”da daxili haqq-hesablara aydınlıq gətirilməsi ilə yanaşı “qanuni oğru” adının verilməsi məsələsinə də baxılıb. Müzakirələrdən sonra klan üzvləri 10 nəfərə “qanuni oğru” adının verilməsi barədə qərar qəbul ediblər. “Ded Xasan” ləqəbli avtoritetin rəhbərliyi ilə keçirilən toplantıda “Attestasiya komissiyası”nın tərkibinə cinayət aləminin adlı-sanlı isimləri – Moskvadan “Sliva”, “Kostya Qizya”, “Yura Piçuqa” və “Çikora”, Nijeqorod vilayətindən “Vaqon”, “Vasya Voskres” və “Hamlet”, Ural regionundan “Timur Tbilisski”, Kubandan “Roma Kaşey” ləqəbli qanuni oğrular daxil edilib. Toplantıya Rusiya cinayətkar aləminin canlı əfsanəsi “Slava Yaponeç” də qatılıb. Toplantının yekunu olaraq 10 nəfərə “qanuni oğru” adı verilib. Onların arasında hazırda fəaliyyət göstərən “qanuni oğru”lardan üçünün yaxın qohumu da var. “Edik Tbilisski”nin oğlu Sergey (Osetrin), “Dato Kutaisski”nin qohumu Emzar (Rostovski) və “Timur Tbilisski”nin qohumu Qiya (Sverdlovski) da “qanuni oğru” adını alıb. Bundan başqa qırğız kriminal aləminin lideri Kamçi Kolbayev, “Ceko Tbilisski”, “Bakılı Yusif”, Vova Zyuzya, Oleq Suxaç, Vasya Moldovan və Vadik (Krasnodarski) da “attestasiya komissiyası”ndan keçib. Moskva “sxodka”sından başqa Balaşov həbsxanasında qanuni oğrular “Raul” və “Quram” toplantı keçirərək “Zurab Kutaisski”yə “qanuni oğru” adı veriblər. Bununla da “oğru dünyası”nın elitasına 11 nəfər daxil olub.

Bu, Rusiya tarixində “qanuni oğru” adlarının kütləvi şəkildə verilməsinə dair ilk haldır. Qərar çıxarıldıqdan keçən 3 gün ərzində yeni “qanuni oğru”ların adları Rusiyanın bütün islah-əmək düşərgələri və həbsxanalarına göndəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR