Hind quşu oğurlayan 14 yaşlı Səddam həbs edilib

Hind quşu oğurlayan 14 yaşlı Səddam həbs edilib
# 12 noyabr 2008 07:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda oğurluqla məşğul olan 14 yaşlı uşaq həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binə qəsəbə sakini, 1945-ci il təvəllüdlü Tengiz Məhərrəm oğlu Məmmədov Əzizbəyov rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ona məxsus 28 hind quşunun oğurlandığını bildirib. Əzizbəyov Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1994-cü il təvəllüdlü Səddam Mustafa oğlu Şəbiyev saxlanılıb. Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı törədiyi oğurluq əməlini etiraf edib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR