Gəncə sakini saxta sənəd düzəldərkən tutulub

Gəncə sakini saxta sənəd düzəldərkən tutulub
# 12 noyabr 2008 08:09 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə şəhər sakini, 41 yaşlı Bəxtiyar Yusif oğlu Əliyev saxta sənəd hazırlayarkən yaxalanıb. Gəncə şəhər Polis İdarəsinin müstəntiqi İlqar Qəmbərovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Bəxtiyar Əliyev qeydiyyat və şəxsiyyət vəsiqələri bölməsinə 38 yaşlı qardaşı İlqar Yusif oğlu Əliyevin adına, amma öz şəkli ilə olan saxta sənəd təqdim edib. Araşdırma zamanı sənədin saxta olduğu məlum olub. Bəxtiyar Rusiya Federasiyasından deportasiya olunduğu üçün öz sənədləri ilə ora qayıda bilmədiyindən bu yola əl atıb. Faktla bağlı Gəncə şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 320.1 maddəsi ilə cinayət işi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR