Qara Qarayev prospektində naməlum avtomobil yaşlı kişini vurub

Qara Qarayev prospektində naməlum avtomobil yaşlı kişini vurub
# 14 noyabr 2008 10:13 (UTC +04:00)
Bakı-APA. Bu gecə Nizami rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, saat 00.30 radələrində Qara Qarayev prospektində müəyyən edilməmiş avtomaşınla 45-50 yaşlı kişi vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş şəxs orada dünyasını dəyişib. Nizami rayon Polis İdarəsi hadisəni törətmiş şəxsin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR