Vəkil Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirini məhkəməyə verib

Vəkil Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirini məhkəməyə verib
# 17 noyabr 2008 08:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Nərimanov rayon dindarları” dini icmasının vəkili Cavanşir Süleymanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılovu məhkəməyə verib. Bu barədə APA-ya məlumat verən C. Süleymanov bu addımını G. İsmayılovun son günlər mətbuata verdiyi açıqlamalarında onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsi ilə əsaslandırıb. Vəkil noyabrın 15-də Səbayel Rayon Məhkəməsinə müraciət etdiyini bildirib.

G. İsmayılov isə APA-ya açıqlamasında hər bir vətəndaşın qanunla məhkəməyə müraciət etmək hüququnun olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR