Azərbaycan paytaxtında qadın qadını baltalayıb

Azərbaycan paytaxtında qadın qadını baltalayıb
# 17 noyabr 2008 08:59 (UTC +04:00)
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ramana qəsəbəsində baş verib. Sabunçu sakini, milliyyətcə rus olan, 1976-cı il təvəllüdlü Marqarita Alikina şəxsi münaqişə zəminində qəsəbə sakini, 1959-cu il təvəllüdlü Əntiqə İsayevanı baltalayıb. Ə. İsayeva aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hadisəni törədən M. Alikina isə həbs olunub. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR