Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 17 noyabr 2008 09:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda “Mercedes” 56 yaşlı qadını vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ceyhum Vaqif oğlu Adışirinov idarə etdiyi, “Mercedes” markalı, 10 UL 503 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1952-ci il təvəllüdlü Tahirə Əliyevanı vurub. T. Əliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR