Şəkidə yanğın baş verib

Şəkidə yanğın baş verib
# 18 noyabr 2008 08:24 (UTC +04:00)
Şəki. Vüqar Heydərov- APA. Şəki şəhərində yanğın baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Yanğın hadisəsi Şəki şəhəri Haqverdiyev küçəsində Soltan Axundova məxsus 200 kvadratmetr sahəsi olan şəxsi yaşayış evində baş verib. Hadisə yerinə dərhal iki yanğınsöndürən maşın göndərilib. Şəki YMH-nin əməkdaşlarının səyi nəticəsində evin tam yanmasının və qonşu evlərə keçməsinin qarşısı alınıb. S. Axundova məxsus evin ümumilikdə 70 kvadratmetr sahəsi yanaraq yararsız vəziyyətə düşüb.
İlkin ehtimala görə, yanğına qaz sobasının nasaz olması səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR