Azərbaycanda cəza çəkən İran vətəndaşı barəsində cinayət işi açılıb

Azərbaycanda cəza çəkən İran vətəndaşı barəsində cinayət işi açılıb
# 18 noyabr 2008 09:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanın cəzaçəkmə müəssisəsində heroin saxlamaqda təqsirli bilinən İran vətəndaşının barəsində cinayət işi açılıb. Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Bəkir Qarayevin APA-ya verdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, Azərbaycanda cəza çəkən Əhmədi Əlirza Nəcəfqulu oğlunun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 234.4.2-ci (təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Müstəntiqin bildirdiyinə görə, Ə. Əhmədinin barəsində açılmış cinayət işi üzrə istintaq materialları Nizami rayon Prokurorluğuna göndərilib.
Qeyd edək ki, bir neçə gün əvvəl, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-tədbirləri nəticəsində 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, İran İslam Respublikasının vətəndaşı Əlirza Əhmədidən ümumi çəkisi 8.29 qram olan heroin aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR