Polisə xəsarət yetirən İsmayılı sakini tutulub

Polisə xəsarət yetirən İsmayılı sakini tutulub
# 19 noyabr 2008 10:55 (UTC +04:00)
Bakı-APA. Dünən saat 22.00 radələrində İsmayıllı rayon sakini polisə xəsarət yetirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, rayon sakini Məmməd Talıbov sərxoş halda ictimai qaydanı pozduğuna görə həmin ərazidə xidmət aparan rayon Polis Şöbəsinin əməkdaşları, polis kapitanı Faiq Əşrəfov və polis serjantı Eyvaz Güləhmədov onu intizama dəvət ediblər. Bu zaman M. Talıbovun oğlu Şahin bıçaqla F. Əşrəfova boyun və qulaq nahiyəsindən xəsarət yetirib. M. Talıbov və oğlu Şahin tutulublar. Faktla bağlı araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR