Əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirləndirilən Sumqayıt və Bakı sakinləri tutulublar

Əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirləndirilən Sumqayıt və Bakı sakinləri tutulublar
# 19 noyabr 2008 11:47 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masazır qəsəbəsindəki “Romi” restoranında əxlaqsızlıq yuvası təşkil etdiyi üçün oranın işçisi Sumqayıt şəhər sakini Namiq Quliyev tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Bundan başqa, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xətai rayonundakı “Araz” kafe-saunada əxlaqsızlıq yuvası təşkil etdiyi üçün oranın işçisi Bakı şəhər sakini Rasim Qereqov da tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR