Azay Quliyev Şirvan şəhərində QHT nümayəndələri ilə görüşüb

Azay Quliyev Şirvan şəhərində QHT nümayəndələri ilə görüşüb
# 19 noyabr 2008 11:54 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov-APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu gün Şirvan şəhərində ictimaiyyət və QHT nümayəndələri ilə görüş keçirib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhər İcra Hakimiyyətinin akt zalında A. Quliyev şuranın fəaliyyəti barədə QHT nümayəndələrinə məlumat verib. O bildirib ki, görüşün əsas məqsədi mərkəzdə daha güclü olan QHT hərəkatını regionlarda genişləndirməklə bağlı fəaliyyət planını həyata keçirməkdir. Tədbirin sonunda A. Quliyev sakinləri maraqlandıran sualları cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR