Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən bar sahibi və barmen həbs edilib

Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən bar sahibi və barmen həbs edilib
# 20 noyabr 2008 07:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən bar sahibi və barmen həbs edilib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən “Nərmin” barında polis əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı adıçəkilən barda qadınların gəlir əldə etmək məqsədi ilə fahişəliklə məşğul olduğu aşkar edilib. Qadınlara barda əxlaqsızlıqla məşğul olmaları üçün şərait yaradan “Nərmin” barının sahibi Avtandil Avdullayev və barmen Ariz Nuxuyev saxlanılıblar. Onların barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR