BQXK Elmira Süleymanovanın əsir Rafiq Həsənovun qaytarılması ilə bağlı müraciətinə cavab verib

BQXK Elmira Süleymanovanın əsir Rafiq Həsənovun qaytarılması ilə bağlı müraciətinə cavab verib
# 20 noyabr 2008 08:40 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı T. Vandenhov Ombudsman Elmira Süleymanovanın Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən əsgəri Rafiq Rəhman oğlu Həsənovla bağlı müraciətinə cavab verib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Məlumata görə, cavab məktubunda bu qurumun hərbi əsirin saxlanma şəraitini və onunla necə rəftar olunduğunu monitorinq etdiyi, bundan əlavə, ailə üzvləri ilə əsgər arasında məlumat mübadiləsinə yardım göstərdiyi qeyd olunub.
Xatırladaq ki, Ombudsman bu il oktyabrın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən və hazırda əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənovun dərhal qaytarılması ilə bağlı BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə məktubla müraciət edib. E. Süleymanova ondan mandatı çərçivəsində həmin əsgərin mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında və əsirlikdə olduğu müddətdə onun işgəncə və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamasının təmin edilməsində yardımçı olmağı xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR