Bakı Apellyasiya Məhkəməsinin yeni korpusunun açılış mərasimi keçirilib

Bakı Apellyasiya Məhkəməsinin yeni korpusunun açılış mərasimi keçirilib
# 20 noyabr 2008 14:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Bakı Apellyasiya Məhkəməsinin yeni korpusunun açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, 3 mərtəbədən, 15 məhkəmə zalından, vəkillər, dövlət ittihamçıları, o cümlədən vətəndaşlar üçün gözləmə otaqlarından ibarət olan bina məhkəmə fəaliyyəti ilə bağlı standartlara uyğun formada inşa edilib. Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov yeni korpusun istifadəyə verilməsinin ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və vətəndaşların rahatlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəyini söyləyib. O deyib ki, Azərbaycanda 3 pilləli məhkəmə sisteminin formalaşdırılması, bu işdə müasir texnologiyalardan istifadə ədalətli qərarların verilməsinə kömək edəcək. Nazir bu məsələdə hakimlərin üzərinə daha çox yük düşdüyünü də vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR