Lənkəranda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəranda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
# 21 noyabr 2008 08:16 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev – APA. Lənkəranda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Famil Həsənov məlumat verib. Onun sözlərinə görə, hadisə Lənkəran şəhərinin Mirzə Məmmədhüseyn küçəsi ilə Şeyx Zahid küçəsinin kəsişməsində qeydə alınıb. Lənkəran rayonunun Şilavar kənd sakini, 1962-ci il təvəllüdlü Bayraməli Fazil oğlu Nəhmətovun idarə etdiyi “VAZ-2107” markalı 10 SB 357 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Məhərrəm Füzuli oğlu Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı 42 BJ 847 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Nəticədə hər iki sürücü və sərnişin, rayonun Şilavar kənd sakini, 1977-ci il təvəllüdlü Ramin Balakişi oğlu Rzayev müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR