Balakən sakini keçmiş həyat yoldaşını mərkəzi bazarda insanların gözü qarşısında qətlə yetirib

Balakən sakini keçmiş həyat yoldaşını mərkəzi bazarda insanların gözü qarşısında qətlə yetirib
# 21 noyabr 2008 10:31 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə saat 11.50 radələrində Balakən rayonunun mərkəzi bazarında baş verib. Şambul kənd sakini, 1961-ci il təvəllüdlü Burbamov Teymur Mahma oğlu bazarda ticarətlə məşğul keçmiş həyat yoldaşı, Şambul kənd sakini, 1963-cü il təvəllüdlü Əhmədova Ayzənət Musa qızını boğazından və qarnından bıçaq zərbələri endirməklə qətlə yetirib. O, hadisəni törədəndən sonra qaçıb.

Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T. Burbamov 1 saatdan sonra həbs edilib. Təqsirləndirilən şəxs istintaqa ilkin ifadəsində qətli qısqanclıq zəminində törətdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR