Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzində müasir texniki avadanlıqların təqdimatı keçirilib

Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzində müasir texniki avadanlıqların təqdimatı keçirilib
# 21 noyabr 2008 15:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibəti ilə Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzində müasir texniki avadanlıqların təqdimat mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun iştirakı ilə keçirilən mərasimdə ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən ədliyyə sahəsində həyata keçirilən kompleks tədbirlərdən söhbət açılıb. Tədbirdə həmçinin, hüquq sisteminin vacib istiqamətlərindən olan məhkəmə ekspertizasının müasir fəaliyyəti, mərkəzin maddi-teniki təminatının yaxşılaşdırılması və iş şəraitinin müasir tələblər səviyyəsində qurulması üzrə görülən işlərdən danışılıb. F. Məmmədov məhkəmə ekspertizası işinin daha da mükəmməlliyinə nail olmaq üçün mərkəzin müasir kriminalistik avadanlıqlarla təmin olunmasının əhəmiyyətini qeyd edib. Daha sonra yeni alınmış texniki avadanlıqlarla tanışlıq olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR