Vətəndaşların 100 min manatdan çox pulunu mənimsədiyi iddia olunan dəllal həbs edilib

Vətəndaşların 100 min manatdan çox pulunu mənimsədiyi iddia olunan dəllal həbs edilib
# 24 noyabr 2008 09:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda vətəndaşların 100 min manatdan çox pulunu mənimsədiyi iddia olunan dəllal həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxt sakini, 1968-ci il təvəllüdlü Pənah Fərman oğlu Qurbanlı Yasamal rayonu ərazisində mənzil və torpaq alqı-satqısına vasitəçilik etməklə (makler) məşğul olub. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə şikayət edən vətəndaşlar P. Qurbanlının ev və torpaq alqı-satqısı əməliyyatlarında 100 min manatdan çox pul mənimsədiyini iddia ediblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində P. Qurbanlı saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR