Bakıda müştərini qarət etməkdə təqsirləndirilən taksi sürücüsü həbs edilib

Bakıda müştərini qarət etməkdə təqsirləndirilən taksi sürücüsü həbs edilib
# 24 noyabr 2008 10:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda müştərini qarət etməkdə təqsirləndirilən taksi sürücüsü həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Ruslan Qəmbərov taksi sürücüsü tərəfindən qarət olunub. Məlumatda bildirilir ki, R. Qəmbərov bir neçə gün əvvəl, “Vaz-2106” markalı, 10 HP 288 dövlət nömrə nişanlı taksiyə müştəri qismində oturub və mənzil başına çatanda maşının sürücüsü onun əlindən 110 manat pulunu alaraq hadisə yerindən qaçıb. Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində taksinin sürücüsü, 1985-ci il təvəllüdlü Elmar Səmədov həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılr.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR