Gəncədə məhbus 12 gündür aclıq aksiyası keçirir

Gəncədə məhbus 12 gündür aclıq aksiyası keçirir
# 24 noyabr 2008 14:02 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan məhbus Rafiq Rzayev 12 gündür aclıq aksiyası keçirir. Bu barədə APA-nın qərb bürosuna məhbusun bacısı Namiqə Rzayeva bildirib. Onun sözlərinə görə, R. Rzayev noyabrın 12-də barəsində elan edilən məhkəmə hökmünə etiraz əlaməti olaraq aksiyaya başlayıb. N. Rzayeva məsələ ilə bağlı Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Ombudsman Elmira Süleymanovaya və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova müraciət etdiyini bildirib. Hüquq müdafiəçisi Elçin Behbudov APA –nın qərb bürosuna açıqlamasında bildirib ki, təcridxananın rəisi Zahid Rzayevlə əlaqə saxlayıb, rəis məhbusun səhhətində təhlükə olmadığını deyib.
Qeyd edək ki, Rafiq Rzayev Cinayət Məcəlləsinin 221.4 (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub və 4 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR