Qaradağ rayonundakı xəstəxanada qumbara partlayıb, xəsarət alanlar var

Qaradağ rayonundakı xəstəxanada qumbara partlayıb, xəsarət alanlar var
# 25 noyabr 2008 08:26 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu səhər saat 07.30 radələrində xəstəxananın cərrahiyyə otağında baş verib. Cərrah həkim Rəvayət Qüdrət oğlu Mütəllimovun əlində qumbara partlayıb. Nəticəsində həkim və otaqda olan tibb bacısı Reyhan Pirquliyeva ağır xəsarət alıblar. Onlar təcilli olaraq Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Klinik Tibbi Mərkəzdən APA-ya bildirilib ki, onların üzərində cərrahiyyə əməliyyatı aparılır. Hazırda onlar reanimasiya şöbəsinə yerləşdirilib. R. Mütəllimovun vəziyyəti ağır-stabil, R. Pirquliyevanın vəziyyəti isə orta-ağırdır.

Qaradağ rayon Prokurorluğunda APA-ya faktı təsdiqləsələr də, partlayışın baş verməsi barədə əlavə açıqlama verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR