2009-cu ilin dövlət büdcəsində Azərbaycanın müdafiə xərcləri azaldılıb

2009-cu ilin dövlət büdcəsində Azərbaycanın müdafiə xərcləri azaldılıb
# 25 noyabr 2008 12:28 (UTC +04:00)
Bu, 2008-ci ilin analoji göstəricisindən 10,3% azdır. «APA-Economics»in məlumatına görə, gələn il üçün nəzərdə tutulan vəsaitin 1 115,948 mln. manatı müdafiə qüvvələrinə, 84,561 mln. manatı milli təhlükəsizlik, 2,633 mln. manatı tətbiqi tədqiqatlar, 2,376 mln. manatı isə digər kateqoriyalar üzrə ayrılacaq.

Bundan başqa, 2009-cu ildə digər xərc maddələri üzrə müdafiə və təhlükəsizlik sektorunda çalışan hərbi qulluqçuların pul təminatının artırılması üçün əlavə olaraq 140,4 mln. manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, dövlət büdcəsinin «Müdafiə xərcləri» funksional təsnifatı üzrə müdafiə qüvvələrinə ayrılan vəsaitlərin həcmi 2008-ci ilə nisbətən 19%, milli təhlükəsizlik sektoruna ayrılan vəsaitlər 12%, digər kateqoriyalar üzrə ayrılan vəsait 31% artırılıb, tətbiqi tədqiqatlara yönəldilən vəsait isə 2% azaldılıb.

Ümumilikdə, sənaye, tikinti və s. xərc bölmələri də daxil olmaqla, müdafiə sektoruna yönəldilmiş vəsaitin həcmi 1,8 mlrd. manatı üstələyəcək.

Qeyd edək ki, noyabrın 25-də parlament tərəfindən təsdiqlənən Azərbaycanın 2009-cu il dövlət büdcəsində gəlirlər 12 177 mln. manat, xərclər isə 12 355 mln. manat həcmində nəzərdə tutulub. Bu isə 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 11,7% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR