Özünü polis əməkdaşı kimi təqdim edərək, vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs həbs olunub

Özünü polis əməkdaşı kimi təqdim edərək, vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs həbs olunub
# 27 noyabr 2008 07:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu mənimsəyən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Dünyamalıyev Amil Səfəralı oğlu özünü polis əməkdaşı kimi təqdim edərək, 1991-ci il təvəllüdlü Amanov Mahir Rafiq oğlundan və Məmmədov Rüfət Bəxtiyar oğlundan külli miqdarda pul alıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A. Dünyamalıyev həbs edilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR