Bakıda 12 yaşlı uşağı maşın vurub

Bakıda 12 yaşlı uşağı maşın vurub
# 28 noyabr 2008 13:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda 12 yaşlı uşağı maşın vurub. Respublika Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün, Yasamal rayonu ərazisində baş verib. Yasamal rayon sakini, 1996-cı il təvəllüdlü Yusif Namiq oğlu Məmişovu naməlum maşın vuraraq hadisə yerindən qaçıb. Yaralı ağır bədən xəsarəti ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR