Azərbaycan paytaxtında ər arvadını bıçaqlayıb

Azərbaycan paytaxtında ər arvadını bıçaqlayıb
# 29 noyabr 2008 08:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində ər arvadını bıçaqlayıb. Əzizbəyov rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə rayonun S. Vurğun küçəsi 41, mənzil 4-də baş verib. Həmin ünvanda yaşayan, Cəfər Həsənov qısqanclıq zəminində, həyat yoldaşı, 1953-cü il təvəllüdlü Gülmira Həsənovanı bıçaqlayıb.

G. Həsənova döş qəfəsinin sol nahiyəsindən aldığı ağır bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən C. Həsənov isə RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR