Salyanda neft quyusunda güclü yanğın baş verib

Salyanda neft quyusunda güclü yanğın baş verib
# 29 noyabr 2008 19:09 (UTC +04:00)
APA-nın hadisə yerində olan yerli müxbirinin verdiyi məlumata görə, neft quyusundan çıxan səmt qazı yanğına səbəb olub. İlkin ehtimala görə, hazırda səmt qazının quyudakı təzyiqi 200-300 atmosferdir. Yanğın zonasında alovun təqribi hündürlüyü 30 metrə qədərdir. Yanğın böyük uğultu ilə müşayiət olunur.

Yanğın 3 saatdır ki, davam edir. Yanğın baş verən zaman quyunun yaxınlığında olan bütün texniki avadanlıq da yanıb.

Yanğın ərazisinin yaxınlığına heç kim buraxılmır. Xəsarət alanın olub-olmaması barədə məlumat verilmir.

Əraziyə FHN-nin regional bölməsinin əməkdaşları və yanğınsöndürmə maşınları cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR