Azərbaycanın Sumqayıt şəhərində zibilxanadan iki aylıq körpə meyiti tapılıb

Azərbaycanın Sumqayıt şəhərində zibilxanadan iki aylıq körpə meyiti tapılıb
# 01 aprel 2009 10:45 (UTC +04:00)
Məlumatda bildirilir ki, körpənin meyiti Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisinə düşən hissəsində, məişət tullantıları atılan ərazidə aşkarlanıb. Bu barədə polisə yerli sakinlər məlumat veriblər.

Hadisə yerinə gələn Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğunun əməkdaşları körpənin təxminən iki ay əvvəl doğulduğunu və qız uşağı olduğunu müəyyən ediblər.

Körpənin zibilliyə kimin tərəfindən və hansı səbəbdən atılması barədə hələlik məlumat yoxdur.

Hazırda Sumqayıt polisi körpəni zibilliyə atan şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR