Bakıda silah-sursat aşkarlanıb

Bakıda silah-sursat aşkarlanıb
# 08 aprel 2009 10:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycan paytaxtında silah-sursat aşkarlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, DİN-in Baş Mühafizə İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisindən 6 ədəd qumbara, 96 ədəd müxtəlif çaplı güllə və 9 ədəd güllə darağı tapılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR