Bakıda “Moskva” Univermağından oğurluq edən şəxs tutulub

Bakıda “Moskva” Univermağından oğurluq edən şəxs tutulub
# 09 aprel 2009 08:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında fəaliyyət göstərən “Moskva” univermağından oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 16:30 radələrində baş verib. Məlumata görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Yusifov Telman Zöhrab oğlu “Moskva” univermağında alver edən 1976-cı il təvəllüdlü Osmanova Humay Nizami qızına məxsus qızıl əşyalarını oğurlayarkən Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR