Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub

Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub
# 14 aprel 2009 11:13 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 217, 120 və 182-ci maddələri ilə axtarışda olan Afər Kərimov Rusiya Federasiyasının Volqoqrad vilayətində tutulub. Onun ekstradisiya olunması üçün tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR