Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib
# 14 aprel 2009 14:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə H. Tağıyev qəsəbəsində yerləşən xəstəxananın parkında qeydə alınıb. Qəsəbə sakini, 1977-ci il təvəllüdlü Qalib Xudaverdi oğlu Muradov naməlum şəraitdə bıçaqlanıb. Döş qəfəsinin sol nahiyəsi və sağ ayağından müxtəlif bıçaq xəsarətləri alan Q. Muradov xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti stabildir. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Q. Muradovun qonşusu, 1977-ci il təvəllüdlü Cavid İbadov tərəfindən bıçaqlandığı müəyyən edilib. Hadisənin hansı zəmində baş verməsi barədə əlavə məlumat verilməsə də hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR