Şəki sakinlərindən heroin götürülüb

Şəki sakinlərindən heroin götürülüb
# 17 aprel 2009 09:13 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəki şəhər sakinlərindən narkotik vasitə götürülüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Polis Şöbəsindən məlumat verilib. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi axtarış-əməliyyat tədbiri zamanı Şəki şəhər sakinləri 1969-cu il təvəllüdlü Vəlidov Nasir Bədəl oğlu və 1971-ci il təvəllüdlü Məmmədov Pərviz Okyaz oğlu şübhəli şəxs qismində saxlanılıb. Onların üzərinə baxış zamanı, ağır narkotik vasitə hesab olunan heroin aşkarlanaraq götürülüb. Həmin şəxslər saxlanılan zaman heroin bükülmüş paketlərdən bir neçəsini udublar. Bu səbəbdən onların üzərində nə qədər heroin olduğunu aşkar etmək mümkün olmayıb. İlkin araşdırma zamanı N. Vəlidov və P. Məmmədov heroini Yevlax şəhərindən aldıqlarını etiraf ediblər.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR