Elçin Behbudov 1 saylı İstintaq Təcridxanasında və Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında olub

Elçin Behbudov 1 saylı İstintaq Təcridxanasında və Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında olub
# 17 aprel 2009 14:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 1 saylı Bayıl İstintaq Təcridxanasında və Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında olub. Bu barədə APA-ya hüquq müdafiəçisi özü məlumat verib. E. Behbudov deyib ki, baş çəkmələri ona daxil olan müraciətlər əsasında həyata keçirib. Komitə sədri orada saxlanılan şəxslərlə görüşdüyünü, təqsirləndirilən şəxslərin şikayətlərinin əsasən istintaqın gedişində yerli prokurorluq orqanlarında yol verilən nöqsanlarla bağlı olduğunu söyləyib. Hüquq müdafiəçisi bu barədə respublika baş prokuroruna müraciət ünvanıayacağını qeyd edib. E. Behbudov həmçinin sabah ölkənin cənub bölgəsinin rayon polis şöbələrində monitorinq həyata keçirəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR