Azərbaycanın Sabirabad rayonunda qətl hadisəsi baş verib

Azərbaycanın Sabirabad rayonunda qətl hadisəsi baş verib
# 17 aprel 2009 20:02 (UTC +04:00)
Rəis müavininin sözlərinə görə, bu gün saat 13.00 radələrində Sabirabad rayonu, S. Vurğun küçəsi 60 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1962-ci il təvəllüdlü Həsənov Çingiz Lətif oğlu, 1972-ci il təvəllüdlü Haqverdiyev Qüdrət Rasim oğlunu rayon qəbiristanlığının ərazisində şəxsi münaqişə zəminində bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq yarası alan Q. Haqverdiyev rayon xəstəxanasında dünyasını dəyişib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qətli törədən Ç. Həsənov Şirvan şəhərindən paytaxta qaçmaq istəyərkən həbs edilib.

Ç Həsənovla Q. Haqverdiyev arasındakı münaqişənin borc üstündə baş verdiyi bildirilir.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR